Putindən Kim Çenə unikal hədiyyə
    • 20-02-2024, 14:10
    • 310

Putindən Kim Çenə unikal hədiyyə

Rusiya prezidenti Vladimir Putinin Şimali Koreya lideri Kim Çen Ina Rusiya istehsalı olan avtomobil hədiyyə etdiyi açıqlanıb.

News24.az Şimali Koreyanın rəsmi mətbuatında yer alan xəbərlərə istinadən bildirir ki, Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Ina “şəxsi istifadəsi” üçün Rusiyada istehsal olunmuş avtomobil hədiyyə edib.

Qeyd edək ki, Putinin hədiyyə etdiyi avtomobili Koreya İşçi Partiyasının (WPK) Mərkəzi Komitəsinin sədri Pak Conq Çon, Kim Çen Inın bacısı və WPK Mərkəzi Komitəsinin sədr müavini Kim Yo Conq bazar günü, fevralın 18-də qəbul edib. Putinin bu jestindən məmnun olduqlarını bildirən Kim Yo Conq bu hədiyyənin Şimali Koreya və Rusiya liderləri arasında xüsusi şəxsi münasibətlərin və xoş niyyətin bariz göstəricisi olduğunu bildirib. Kim Yo Conq Rusiya nümayəndə heyəti vasitəsilə Kim Çen Inın Putinə təşəkkürünü də çatdırıb.

Günel Məlikzadə