Bakı-Ağstafa sürət qatarı yolda qalıb? – VİDEO
    • 20-02-2024, 16:03
    • 124

Bakı-Ağstafa sürət qatarı yolda qalıb? – VİDEO

Bu gün səhər saat 08:45-də Bakıdan Ağstafaya yola düşən sürət qatarı Ələt stansiyasında dayanıb. Halbuki, qatar bu saatlarda mənzil başına çatmalı idi.

News24.az bildirir ki, qurumdan Bizim.Media-ya bildirildi bu gün Bakı-Ağstafa istiqamətində hərəkət edən 706 saylı qatar kontakt sistemində yaranmış texniki nasazlığa görə Ələt-Atbulaq sahəsində dayanıb:

“Hazırda texniki problemin aradan qaldırılması istiqamətində zəruri işlər görülür. Sərnişinlərin mənzilbaşına təhlükəsiz çatdırılması üçün əlavə qatar təyin edilib. Artıq əlavə qatar sərnişinləri götürüb və Gəncə istiqamətində hərəkətdədir. Qeyd edək ki, dayanma zamanı sərnişinlərə ödənişsiz çay, kofe və şirniyyat paylanılıb. Sərnişinlərə göstərdikləri anlayış üçün təşəkkür edirik”.