Məşhur smartfon istehsalçısı bazardan çəkildi!
    • 20-02-2024, 16:26
    • 153

Məşhur smartfon istehsalçısı bazardan çəkildi!

Smartfon dünyası günü-gündən artan şiddətli rəqabətin şahidi olur. Şirkətlər müxtəlif xüsusiyyətləri ön plana çıxararaq sənayedəki paylarını artırmaq istəyirlər. Bu arenada bir çox şirkət əhəmiyyətli qazanc əldə edir və öz auditoriyasını yaradır, digərləri isə rəqabətə tab gətirə bilmirlər.

News24.az xəbər verir ki, uzun müddət Çində istehsal etdikdən sonra dünyaya yayılan "Meizu" özünəməxsus istehsalçı kütləsi qazanıb. Aşağı-orta və yuxarı seqmentlərdə mühüm cihazlar istehsal edən şirkət radikal bir qərar verərək smartfon sənayesindən çəkilir.

"Meizu FlymeOS" komandası ilə "Android" dünyasında mühüm işlər görüb. Volvo-nun Çində yerləşən ana şirkəti "Geely" tərəfindən 2022-ci ilin iyun ayında alınan "Meizu" bütün gücünü süni intellektlə dəstəklənən məhsulların istehsalına sərf edəcək.

Meizu" həmçinin “Süni intellekt əsri üçün xüsusi yeni mobil əməliyyat sistemi” vəd edib. Bundan əlavə, bu il yeni məhsullarını təqdim edəcəklərini bildiriblər. 

Günel Məlikzadə