-
- 21-02-2024, 08:09
- 148
Bakıda avtomobillər toqquşdu
Bakıda 24 yaşlı gənc yol -nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
News24.az "Report"a istinadla xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2000-ci il təvəllüdlü Hümbətov Murad Qürbət oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.
Fakt araşdırılır.