-
- 28-10-2023, 08:55
- 204
Bakıda gənc qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
Bakının Suraxanı rayonunda 17 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
News24.az "Report"a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2006-cı il təvəllüdlü Rzazadə Mələk Səlim qızı xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.