-
- 21-02-2024, 13:30
- 287
Dərmanı həkim təyin edir, aptek yox! Pediatrdan sərt AÇIQLAMA
Hər hansı bir xəstəliyə görə dərmanı həkim təyin edir.
Bu sözləri News24.az-a açıqlamasında pediatr Vaqif Qarayev deyib. O bildirib ki, insanların əksəriyyəti həkimə müraciət etmədən aptekdən dərman axtarır:
“Bəla budur ki, böyük əksəriyyət həkimə müraciət etmir, aptekə üz tutur və bildirir ki, uşağım öskürür dərman ver. Onlar da gətirib beş-on dərmanı yan-yana düzür, kimin cibində nə qədər pul var, ona uyğun dərman alır. Amma bu təhlükəlidir. Xəstəliyə görə, dərmanı yalnız və yalnız həkim təyin edə bilər. Apteklər bu mövzularda günahkardılar. Çünki valideynlər gedir aptekə, bəzən öskürək üçün dərman istəyəndə onlara antibiotik təklif edirlər. Bu isə qəbulolunmazdır. Antibiotikin təyinatının müəyyən tələbləri var. Onu ancaq həkim təyin etməlidir, aptek, valideyn, qonşu, sosial şəbəkə yox.
Mehriban Mirzəzadə