Ukraynada koronavirusu mal-qara dərmanı ilə MÜALİCƏ EDİRLƏR
    • 27-03-2021, 11:16
    • 351

Ukraynada koronavirusu mal-qara dərmanı ilə MÜALİCƏ EDİRLƏR

Ukrayna vətəndaşları koronavirusu mal-qara üçün olan dərmanla müalicə etməyə başlayıblar.

News24.az xəbər verir ki, ukraynalıların istifadə etdiyi dərman ölkədə yalnəz heyvanlar üçün satılan "İvermektin"dir.

Ölkənin Səhiyyə Nazirliyinin aparıcı infeksionisti Olqa Qolubovskaya "Amerikalılar "İvermektin"i öz protokollarına daxil ediblər. Ən pisi odur ki, bizdə bu dərman yalnız baytarlıq praktikasında istifadə edilir" deyib. 

İnfeksionist əhalinin bu dərmanı hətta əzələdaxili inyeksiya etdiklərini də vurğulayıb. O, bunun çox təhlükəli olduğunu deyib.