Texnologiya asılılığının uşaqlara təsiri
    • 21-02-2024, 16:26
    • 193

Texnologiya asılılığının uşaqlara təsiri

Mütəxəssislər gecə saatlarına qədər kompüter, planşet və telefon başında vaxt keçirən uşaqların yuxu rejimi və qidalanma vərdişlərinin pozulduğunu bildiriblər.

News24.az xəbər verir ki, Ondokuz May Universiteti (OMÜ) Sağlamlıq Elmləri Fakültəsi Qidalanma və Diyetetik Bölümü Müəllim Dos. Dr. Aliye Özenoğlu, beyin funksiyalarından daha yaxşı istifadə etmək üçün yuxu nizamlılığının və qidalanmanın vacib olduğunu vurğulayıb.

Uşaqların dərsə getməzdən əvvəl səhər yeməyi yeməli olduqlarına, lakin bu gün axşam saatlarına qədər kompüter, telefon, planşet kimi cihazlarla vaxt keçirdikləri üçün yuxu saatlarında pozulmalara səbəb olduğuna diqqət çəkən Özenoğlu, belə deyib:

"Gec duran uşaqlar bu dövrdə tez-tez yeyib-içməyə meyllidirlər. Bu nizamsızlıq uşaqların səhərlər tox oyanmasına səbəb olur. Həyatın bioloji tarazlığının pozulmasına səbəb olur. Uşaqların zehni, mənəvi sağlamlığı ilə yanaşı inkişafı üçün vaxtında və kifayət qədər vaxt yatması böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən xüsusilə məktəblilərin axşam saat 22:00-dan 8 saat yatması tövsiyə edilir. Uşaqlar böyüdükcə onların həyat tərzini sağlamlıqlarını qoruyacaq şəkildə planlaşdırmaq və sağlam vərdişləri qoruyub saxlamaqda onlara dəstək olmaq vacibdir”.

Günel Məlikzadə