"Uber" robotları işə götürməyə başladı
    • 21-02-2024, 19:31
    • 216

"Uber" robotları işə götürməyə başladı

"Uber Yaponiyanın Mitsubishi Electric və Cartken" şirkətləri ilə geniş əməkdaşlıq edir. "Uber Eats" vasitəsilə verilən sifarişləri robotlarla müştərilərə çatdırmağa başlayıb. Xidmətin ilkin olaraq yalnız Tokionun məhdud bir bölgəsində mart ayının sonuna doğru aktiv olacağı açıqlanıb.

News24.az xəbər verir ki, 2019-cu ildə keçmiş "Google" mühəndisləri tərəfindən qurulan "Cartken" şirkəti daha əvvəl "Uber Eats" üçün Virciniya və Mayamidə robotlar vasitəsilə nəqliyyat təmin etməyə başlamışdı. Amerikadan kənarda ilk dəfə təqdim olunacaq bu inqilabi yenilik ilə müştəri təcrübəsinin nəzərəçarpacaq dərəcədə yaxşılaşdırılması gözlənilir. "Mitsubishi" şirkəti Yaponiyada bu xidmətin əməliyyatlarına cavabdeh olacaq və yoxlamalar aparacaq.

Model C adlanan yeni nəqliyyat robotu səkilərdə hərəkət etmək üçün xüsusi olaraq hazırlanıb. Saatda 5,3 km sürətlə hərəkət edə bilən robotun çox ağır yükləri çətinlik çəkmədən daşıya bildiyi bildirilir. Robot, həmçinin ətraf mühitə nəzarət edərək öz yolunu tapmasını təmin edəcək xüsusi sensorlarla təchiz ediləcək və həmçinin zamanla ətrafını tanımağa imkan verən kamera proqramına sahib olacaq.

Bundan əlavə, Cartken əməkdaşları robotları vaxtaşırı yoxlayacaq və hər hansı müdaxilə tələb olunduqda dərhal patrula daxil olacaqlar. Şirkətin bəzi mühəndisləri hətta nəqliyyat robotlarını uzaqdan idarə etmək səlahiyyətinə sahib olacaqlar. Mitsibushi-nin yüksək səviyyəli menecerlərindən biri olan Shoji Tanaka, robotlarla daşıma fəaliyyətlərinin qarşıdakı dövrdə çox genişlənəcəyini və bunun hal-hazırda yaşadığımız bəzi logistika problemlərinin dərmanı ola biləcəyini söylədi. Bununla belə, istifadəçilərin real kuryerlər əvəzinə robotların təqdim etdiyi xidmətdən nə dərəcədə razı qalacağını zamanla görəcəyik.

Günel Məlikzadə