Bakıda “Prius” ağacı kökündən qoparıb - FOTO
    • 22-02-2024, 08:34
    • 157

Bakıda “Prius” ağacı kökündən qoparıb - FOTO


Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

News24.az APA-ya istinadən bildirir ki, qəza Heydər Əliyev prospektində qeydə alınıb. İdarəetməni itirən "Toyota Prius" markalı avtomobilin sürücüsü maşını avtobus dayanacağına çırpıb.

Hadisə zamanı yol kənarındakı ağac yerindən qopub, avtobus dayanacağı və zibil qutusu sıradan çıxıb.

Əraziyə polis əməkdaşları cəlb edilib. Fakt araşdırılır.