Orta məktəblərdə Smartfon QADAĞAN EDİLDİ
    • 19-04-2019, 12:23
    • 1 649

Orta məktəblərdə Smartfon QADAĞAN EDİLDİ

Bakı şəhərində fəaliyyət göstərən 7 saylı orta məktəbdə şagirdlərin smartfon gətirilməsinə qadağa qoyulub. Bu barədə News24.az-a jurnalist Vüsalə Məmmədova bildirib.  

Jurnalistin bacısı oğlu qeyd olunan məktəbin şagirdidir. Jurnalist məktəbdə aparılan digər dəyişikliklərdən də söz açıb. Belə ki, 7 saylı məktəbdə şagirdlərlə ayrı-ayrılıqda işləməyə başlanılıb və onlarla söhbət edilir.  

Əldə etdiyimiz məlumatlara görə, yalnız 7 saylı orta məktəbdə deyil, bütün məktəblərə bu qaydalar şamil olunub. Belə ki, təhsil naziri Ceyhun Bayramovun məktəb direktorları ilə son görüşündən sonra məktəblərə xüsusi tapşırıqların verildiyi bildirilir.  

Məlumatı Təhsil Nazirliyi ilə dəqiqləşdirmək istəsək də bu sualı Bakı Baş Təhsil İdarəsinə ünvanlandırmağımız məsləhət görüldü. "Məsələhtli don gen olar" deyib biz də nazirlik rəsmisinin sözünə əməl edərək Bakı şəhər Baş Təhsil İdarəsinin içtimaiyyətlə əlaqələr şöbəsinə müraciət etdik. Təəssüflər ki, qeyd olunan qurumdan da sualımıza cavab ala bilmədik.