-
- 22-02-2024, 16:17
- 175
Qriqoryan Kamildən danışdı: Rəsmi cavabımız...
Əminəm ki, fəaliyyətlər olacaq, amma indi daha ətraflı danışmaq istəmirəm. Çünki buna baxmayaraq, bu məsələ ilə bağlı kollegial müzakirə də aparılmalıdır.
News24.az Axar.az-a istinadla xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan Kamil Zeynallının Rusiyada saxlanması və sonradan azad edilməsini şərh edərkən deyib.
Rusiyaya etiraz notası olub-olmayacağı ilə bağlı suala isə o, belə cavab verib:
“Tələsməyək, rəsmi cavab olanda danışarıq”.
Qeyd edək ki, ötən gün K.Zeynallı Moskvadan qayıtmaq istəyərkən Domodedovo aeroportunda saxlanılıb. Səbəb isə Ermənistanın CM-in 4 maddəsi ilə cinayət işi açması və onu beynəlxalq axtarışa verməsidir. Azərbaycan dövlətinin birbaşa müdaxiləsi ilə Zeynallı ötən gün günorta saatlarında azad edilib.