-
- 22-02-2024, 17:44
- 201
AMB 19 ildən sonra zərər etdi
Avropa Mərkəzi Bankı (AMB) inflyasiya ilə mübarizə üçün borclanma xərclərini əhəmiyyətli dərəcədə artırdıqdan sonra 2023-cü ili zərərlə bağlayıb.
News24.az xəbər verir ki, artan faiz dərəcələri keçmiş təşviq səylərinin dəyərini artırdığından, 2023-cü il üçün kəsir 1,27 milyard avro olaraq qeyd edilib. Baxmayaraq ki, 6,6 milyard avro risk müddəaları tamamilə sərbəst buraxılıb.
ECB "növbəti bir neçə il ərzində" mənfi nəticələr barədə xəbərdarlıq etsə də, bunun onun fəaliyyətinə mane olmayacağını bildirib.
"Demək olar ki, iyirmi illik əhəmiyyətli mənfəətdən sonra baş verən itki Avrosistemin qiymət sabitliyinin saxlanması ilə bağlı əsas mandatını və lazımi siyasət tədbirlərini yerinə yetirməkdəki rolunu əks etdirir. Bunun onun effektiv pul siyasəti aparmaq qabiliyyətinə heç bir təsiri yoxdur", - ECB bildirib.
ECB, keçən ilki itkiyə baxmayaraq, maliyyə vəziyyətinin möhkəm qaldığını və xalis kapitalının hələ də 45 milyard avro ətrafında olduğunu vurğulayıb.
Günel Məlikzadə