“Ukrayna Rusiyanın tərkibinə qatılmalıdır” - VİDEO
    • 22-02-2024, 20:00
    • 312

“Ukrayna Rusiyanın tərkibinə qatılmalıdır” - VİDEO

“Ukrayna ya Rusiyanın tərkibinə qatılmalı, ya da əbədi müharibə şəraitində yaşamalıdır”.

RTV-nin yerli mətbuata istinadən xəbərinə görə, bunu Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib. 

O bildirib ki, adı çəkilən ölkə üçün ən optimal variant Rusiyanın tərkibinə daxil olmasıdır. Şura katibi hazırda seçimin Ukrayna hakimiyyəti və xalqının ixtiyarında olduğunu vurğulayıb. 

Dmitri Medvedev həmçinin  Odessanı tarixi Rusiya şəhəri adlandırıb.

Fərid Azəri