-
- 22-02-2024, 11:30
- 231
Odessanın evə qayıtmaq vaxtıdır - Medvedev
Odessa Rusiyanın səbirsizliklə gözlədiyi Rusiya şəhəridir.
News24.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
"Odessa haqqında mən sadəcə olaraq deyə bilərəm: Odessa, evə qayıt. Biz Rusiyada Odessanı gözləyirdik, hətta bu şəhərin tarixinə, orada necə insanların yaşadığına, hansı dildə danışdıqlarındab asılı olmayaraq. Bu, bizim rus şəhərimizdir”, - deyə Medvedev qeyd edib.
O, Kiyev qruplaşmasının Odessada abidələrin sökülməsində və digər rus mədəni irsinin məhv edilməsində davranışını uzaqgörənlik adlandırıb:
"Bu yolla, onlar sadəcə olaraq bəzi insanları, hətta yaxın vaxtlara qədər öz hökumətinə sadiq olanları da özlərindən uzaqlaşdırırlar. Ümumiyyətlə, bu, dəhşətli görünür, çünki söhbət bütün rus mədəniyyətinə və bizim ümumi yolumuza qarşı çıxmaqdan gedir", - deyə oəlavə edib.
Mehriban Mirzəzadə