Husilər ticarət gəmisi və ABŞ-nin esminesinə hücum ediblər
    • 22-02-2024, 23:48
    • 181

Husilər ticarət gəmisi və ABŞ-nin esminesinə hücum ediblər

Yəmənin “Ənsar Allah” hərəkatı (husilər) Ədən körfəzində “Islander” ticarət gəmisinə, həmçinin Qırmızı dənizdə ABŞ-nin esminesinə hücum edib.

News25.az “Report”a. İstinadən xəbər verir ki, bu barədə radikal təşkilatın nümayəndəsi Yəhya Saria “Al Masirah” telekanalına açıqlayıb.

“Yəmən Hərbi Dəniz Qüvvələri bir neçə gəmiəleyhinə raketdən istifadə etməklə Ədən körfəzində Britaniyanın “Islander” gəmisinə qarşı əməliyyat keçirib <...> Qırmızı dənizdəki Amerika esminesi bir neçə dronun yardımı ilə hücuma məruz qalıb”, – o bildirib.