Fikrət Məmmədov Prezidentə təşəkkür etdi
    • 23-02-2024, 12:16
    • 164

Fikrət Məmmədov Prezidentə təşəkkür etdi

Bu vəzifəyə mənim namizədliyimi irəli sürdüyü üçün Prezidentə təşəkkür edirəm.

News24.az-ın xəbərinə görə, bunu Milli Məclisin iclasında Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə namizədliyi irəli sürülən Fikrət Məmmədov deyib.

Fikrət Məmmədov həmçinin bu vəzifəyə təyin olunması üçün hakim andı içib: 

“Bu gün özünün ən qüdrətli dövrünü yaşayan Azərbaycanım bütün ərazilərində Konstitusiyamızın hüquqi qüvvəsi bərpa edilib. Hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə həmin ərazilərdə sürətli bərpa işləri aparılır, soydaşlarımızın öz doğma torpaqlarına qayıdışı bizə sevinc hissi yaşadır".

Fərid Azəri