Kamran Əliyev Prezidentə və Milli Məclisə TƏŞƏKKÜR ETDİ
    • 1-05-2020, 11:34
    • 856

Kamran Əliyev Prezidentə və Milli Məclisə TƏŞƏKKÜR ETDİ

“İlk olaraq bu vəzifəyə təyin olunmağımla bağlı təqdimat göndərdiyi üçün Prezident İlham Əliyevə və Milli Məclisə bu təqdimatı dəstəklədiyi üçün təşəkkür edirəm”.

News24.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş Prokuror vəzifəsinə namizədliyi irəli sürülən Kamran Əliyev deyib.

O bildirib ki, Prezident İlham Əliyev və Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində ölkəmizdə sabitlik təmin edilib: “Xalqın maraqlarının qorunmasının dövlət siyasətində prioritet olması hazırda dünyada mövcud olan pandemiya şəraitində özünü daha çox göstərməkdədir. Bütün bunlarla yanaşı, hazırda ölkəmizdə iqtisadi və sosial inkişafı hədəfləyən islahatlar keçirilir. Məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar da bu qəbildəndir".

Bu yüksək kürsüdən müraciət edərək, Prezidenti, Birinci vitse-prezidenti və Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da Prokurorluq orqanları dövlətimizə və xalqımıza ləyaqətlə xidmət edəcək”. /APA/