“Avropanın başlıca məqsədi budur"
    • 23-02-2024, 12:33
    • 183

“Avropanın başlıca məqsədi budur"

“Avropanın regiondakı başlıca məqsədi, strateji hədəfi NATO hərbi qüvvələrinin regiona müdaxiləsi üçün zəmin hazırlamaqdır”.

News24.az xəbər verir ki, bu sözləri millət vəkili Zahid Oruc parlamentin bu gün keçirilən iclasında deyib.

 O, fevralın 12-də Azərbaycan-Ermənistan sərhədindəki insidentə də toxunub.

Vurğulayıb ki, əsas məqsəd insidentin Zəngəzur dəhlizinə Qərbin hərbi korpusunu gətirməkdir.

Zahid Oruc Avropa İttifaqının Ermənistandakı səfirinin həmin tarixdəki müsahibəsindən də danışıb: “Vasili Maraqos müsahibəsində deyir ki, Syunik Ermənistanın təhlükəsizliyi üçün çox vacib bölgədir və xariclə əlaqəni təmin etmək strateji yoldur. Biz həmin bölgənin təhlükəsizliyi üçün 110 milyon avro vəsait ayırmışıq.

Sual olunur: Ölkəmiz nə vaxt həmin əraziləri müharibə yolu ilə alacağını bəyan edib ki, Avropa İttifaqı belə böyük həcmdəki pulları Zəngəzura yatırır? Rusiya ilə yanaşı, İran, ABŞ və Avropa İttifaqınınn missiyaları biznes strukturları, eləcə də başqa çətirlər altında Zəngəzurda mövqe tutublar. Biz əsla unutmayaq ki, Avropa İttifaqı missiyalarının Bosniyada 20 il, Gürcüstanda 13 il, Liviyada 13 illik fəaliyyəti sülhə deyil, münaqişələri idarə etməyə, ölkələrin iqtisadi sərvətlərini sümürməyə yönəlmişdi. Bütün beynəlxalq missiyalar unutmasınlar: o torpaqların tarixi sahibləri olan azərbaycanlılar Zəngəzur yolunu açacaqlar”.


Fərid Azəri