"Ermənistanın bu addımı Rusiyanı narahat etməlidir" - POLİTOLOQ
    • 21-10-2023, 09:55
    • 282

"Ermənistanın bu addımı Rusiyanı narahat etməlidir" - POLİTOLOQ

Avropa İttifaqının Ermənistandakı müşahidəçilərin sayının artırılması Azərbaycanı yox Rusiyanı narahat etməlidir. Kremldəkilərin fikrincə, həmin missiya Ermənistan ərazisində yerləşən Rusiya hərbi bazası haqqında kəşfiyyat məlumatları toplayır

News24.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu “Facebook” paylaşımında qeyd edib. 

O bildirib ki, ABŞ və Fransa baş nazir Nikol Paşinyanı Rusiyadan uzaqlaşdırmağa və Rusiyanın Ermənistandakı hərbi bazasını yaxın müddətdə çıxarılmasına təşviqə çalışırlar.

“Bu məsələlərin Azərbaycana aidiyyatı yoxdur. Ermənistanda, ABŞ-da və Avropanın bəzi ölkələrində “Azərbaycan Qərbi Zəngəzuru ələ keçirməyə çalışır, bu səbəbdən Ermənistanla sərhəddə Avropa İttifaqı müşahidəçilərin sayı artırılmalıdır” çağırışları eşidilsə də, bunun da bizə dəxli yoxdur, bu, həmin missiyanı Ermənistanda saxlamaq və gücləndirmək üçün Brüsselin və Vaşinqtonun bəhanəsidir. Bu bəhanəylə mübarizə aparmaq isə Azərbaycanın deyil Rusiyanın problemidir”.

Ayşən