Azərbaycanda məktəbdə dəhşət - meyit tapıldı
    • 23-02-2024, 12:38
    • 2 707

Azərbaycanda məktəbdə dəhşət - meyit tapıldı

Siyəzən rayonunda 59 yaşlı kişinin meyiti tapılıb.

News24.az report-a istinadən xəbər verir ki, hadisə Siyəzən Peşə Məktəbində baş verib.

Belə ki, məktəbin mühafizəçisi, 1965-ci il təvəllüdlü Qafarov Alim Mütəllim oğlunun meyiti iş yerində aşkarlanıb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.