Türkiyənin yerli və milli əməliyyat sistemi GİBUX
    • 23-02-2024, 18:05
    • 250

Türkiyənin yerli və milli əməliyyat sistemi GİBUX

Türkiyə rəqəmsal transformasiya prosesində mühüm addımlar atmağa davam edir. Bu addımlardan biri də Gəlirlər Administrasiyasının rəhbərliyi ilə hazırlanmış və uğur qazanmış yerli, milli GİBUX əməliyyat sistemidir. Açıq mənbə kodu bazasına malik olan sistem vergi sisteminin ehtiyacları üçün xüsusi olaraq hazırlanıb. 

News24.az xəbər verir ki, 2023-cü ildə 64 bitlik versiyaya keçərək yenilənən GİBUX, ölkə daxilində 1078 fərqli məkanda təxminən 41 min masaüstü kompüterdə aktiv şəkildə istifadə olunur. Təkcə bu vəziyyət onu göstərir ki, GİBUX sadəcə bir əməliyyat sistemi deyil, həm də Türkiyənin rəqəmsal infrastrukturunu gücləndirən bir vasitədir. Onu da deyək ki, informasiya təhlükəsizliyi, texniki xidmət və dəstək kimi kritik proseslərdə verdiyi üstünlüklərlə dövlətin rəqəmsal transformasiyasına töhfə verir.

GİBUX təkcə texniki xüsusiyyətləri ilə deyil, həm də iqtisadi faydaları ilə diqqəti cəlb edir. Hər il təxminən 50 milyon TL lisenziya xərclərinə qənaət edərək ölkə iqtisadiyyatına əhəmiyyətli qatqı təmin edir.

GİB Teknoloji isə GİBUX ilə məhdudlaşmır, açıq mənbə koduna əsaslanan proqram təminatının hazırlanmasına və ölkəyə dəyər qatmasına diqqət yetirir. Çünki 300-dən çox işçisi ilə texnologiya və innovasiya sahəsində özünü daim yeniləyən komanda strukturuna malikdir.

GİB Technology tərəfindən verilən texniki təlim əməkdaşların ixtisaslarını artırmaqla yanaşı, onların bugünkü sürətlə dəyişən texnoloji dünyasına uyğunlaşmalarına şərait yaradır. Angular, Kafka, PostgreSQL, Basic JAVA, React, Selenium, Spring Boot Developer və Spring Boot Fundamentals kimi sahələrdə verilən təlimlər komanda üzvlərinin təcrübə sahələrini genişləndirir və onları sənayedəki yeni tendensiyalara hazırlayır.

Günel Məlikzadə