-
- 23-02-2024, 18:22
- 222
Türkiyə bir ilkə imza atdı
Türkiyənin bərpa olunan enerji sektorunda diqqətəlayiq bir müvəffəqiyyət əldə edən Kalyon PV günəş texnologiyaları sahəsində əhəmiyyətli bir addım atdı.
News24.az xəbər verir ki, şirkət Çindən sonra dünyada ilk dəfə olaraq günəş paneli istehsalının əsasını təşkil edən “Toxum” adlı ata toxumunu öz AR-GE araşdırmaları ilə yerli istehsal etməyi bacarıb.
Günəş enerjisi sənayesində "Toxum" günəş panellərinin mərkəzində olan və külçələrin kristal quruluşunu təşkil edən əsas komponentdir. Kalyon PV CEO-su Ersan Tüfekçinin vurğuladığı kimi, şirkət bu uğuru ilə günəş paneli istehsalında 90%-a qədər lokallaşma dərəcəsinə çataraq milli iqtisadiyyata əhəmiyyətli töhfələr verir.
Qeyd edək ki, daha çox ərazidə günəş və külək elektrik stansiyalarının quraşdırılmasına icazə verən qanun layihəsi Türkiyə parlamentinə təqdim edilib.
Günel Məlikzadə