Bakıda dava olub, bıçaqlananlar var
    • 5-02-2024, 08:23
    • 148

Bakıda dava olub, bıçaqlananlar var


Bakının Nizami rayonunda dava zamanı iki nəfər bıçaqlanıb.

News24.az APA-ya istinadla xəbər verir ki, hadisə Bəhruz Nuriyev küçəsində olub. Bir qrup şəxslə mübahisə edən 1987-ci il təvəllüdlü Ələkbərov Murad Mehdi oğlu və 1975-ci il təvəllüdlü Xəlilov Vüqar Məsim oğlu bıçaq xəsarətləri alıblar. Yaralılar Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Nizami Rayon Polis İdarəsinin əməkdaşları hadisənin təfərrüatlarını araşdırır.