Nvidia-nın bazar dəyərində rekord nəticə
    • 24-02-2024, 13:21
    • 334

Nvidia-nın bazar dəyərində rekord nəticə

Nvidia-nın səhmləri təxminən 5 faiz artaraq 823,94 dollara çatıb. Səhmlərinin artması ilə Nvidia-nın bazar dəyəri ilk dəfə 2 trilyon dollar səviyyəsini keçdi.

News24.az xəbər verir ki, çip istehsalçısının səhmlərinin qiyməti ilin əvvəlindən 60 faizdən çox artıb.

Şirkətin səhmlərinin artmasına süni intellekt çiplərinə olan tələbatdan irəli gələn Nvidia-nın gözləntilərin üstündən mənfəət açıqlaması təsir edib.

Çərşənbə günü yayımlanan balans hesabatında "Nvidia" 28 yanvarda sona çatan 3 aylıq dövrdə gəlirinin 265 faiz artaraq 22,1 milyard dollara çatdığını bildirdi.

Çip istehsalçısı cari rüb üçün gəlir gözləntisini 24 milyard dollar olaraq açıqlayıb. "Nvidia" söz mövzusu rübdə xalis mənfəətinin illik 769 faiz artaraq 12,29 milyard dollara çatdığını açıqladı.

Şirkətin bazar dəyəri dünən təxminən 277 milyard dollar artaraq Meta-nın bu sahədə gündəlik 197 milyard dollar dəyər qazanma rekordunu qırdı.

Onu da qeyd edək ki, bu ay "Nvidia" bazar dəyərinə görə ABŞ-ın 3-cü ən böyük şirkəti oldu və əvvəlcə "Amazon", sonra isə Alphabet-i keçib.

Günel Məlikzadə