"X" populyar "WhatsApp" funksiyasını pulsuz təqdim edib
    • 24-02-2024, 15:05
    • 157

"X" populyar "WhatsApp" funksiyasını pulsuz təqdim edib

Super Tətbiq olma yolunda olan "Twitter (X)" yalnız premium üzvlükləri alan istifadəçilərə təqdim etdiyi bəzi funksiyaları hər kəsə açacaq. Açıqlanan məlumata görə, "Twitter (X)" standart istifadəçilərə səsli və görüntülü zəng funksiyasını da təqdim edəcək.

News24.az xəbər verir ki, keçən il "X" istifadəçilərə "FaceTime və WhatsApp" kimi proqramlar kimi səsli, video zənglər etməyə, qəbul etməyə imkan verən yeni funksiya təqdim edib. Bir müddətdir ki, premium abunəçilərlə məhdudlaşan bu funksiya daha çox istifadəçinin istifadəsinə verilir.

"X" mühəndisi Enrike Barraqanın paylaşdığı məlumata görə, tədricən X Premium-a abunə olmayanlara səsli və görüntülü zəng funksiyaları təqdim etməyə başlayıb. Bu funksiya birbaşa mesaj qutusunda yerləşir. "WhatsApp və Instagram" kimi zəngləri dəstəkləyən digər proqramlarla eyni şəkildə işləyir.

Qeyd edək ki, xüsusiyyət elan edildikdə mübahisələrə səbəb oldu, çünki bəzi istifadəçilər tanımadıqları insanlardan zənglər almaq fikrindən çox da məmnun görünmürdülər. Xoşbəxtlikdən, istifadəçilər kimin onlara zəng edə biləcəyini idarə edə və hətta zəng funksiyasını söndürə bilər.

Günel Məlikzadə