"WhatsApp" səsli mesaj göndərmə üsulunu dəyişəcək - RTV VİDEO
    • 18-10-2023, 15:59
    • 283

"WhatsApp" səsli mesaj göndərmə üsulunu dəyişəcək - RTV VİDEO

“WhatsApp” tərtibatçıları messencerdə səsli və video mesaj göndərmə üsulunu tamamilə yenidən dizayn ediblər.

News24.az xəbər verir ki, bu barədə WABetaInfo saytı məlumat yayıb.

Əgər əvvəllər istifadəçi mikrofon və ya kamera piktoqramına klikləməklə səsli və ya video mesajlaşma rejimləri arasında keçid edirdisə, indi ikona kliklədikdə istənilən rejimin seçilə biləcəyi menyu açılacaq.

“WhatsApp” mütəxəssisləri bildiriblər ki, bu dəyişiklik diqqətsiz istifadəçilərə təsadüfən mikrofon işarəsinə bir neçə dəfə klik edən və sonra fərqinə varmadan səsli mesaj əvəzinə video mesaj göndərən istifadəçilərə kömək etmək üçün edilir. Bu dəyişikliklə istədiyiniz rejimi seçdikdən sonra səsli və ya video mesajı yazmağa başlamaq üçün müvafiq işarəni basıb saxlamalısınız.

Yeniliklər hazırda bəzi beta testçiləri üçün əlçatandır. Yeniliyin digər istifadəçilərə nə vaxt təqdim ediləcəyi məlum deyil.

Qumral