10 min dollar bəxşiş alan ofisiant işdən qovuldu
    • 24-02-2024, 23:00
    • 520

10 min dollar bəxşiş alan ofisiant işdən qovuldu


Amerikada restoranların birində maraqlı hadisə yaşanıb. 

Dostunun anım mərasimindən qayıdan bir şəxs “Mason Jar” adlı restoranda oturmaq qərarına gəlib. O, sifarişini bitirdikdən sonra hesabı istəyib. Sonda yekun məbləğ 32 dollar edib. Ancaq adının anonim qalmasını istəyən bu şəxs ofisiant Lynsey Boyda 10 min dollar bəxşiş qoyub. O, bu pulu ondan digər ofisiantlar arasında bölüşdürməyi xahiş edib. Lynsey Boyd məbləği iş yoldaşları arasında bölüşüb. 

Həmin restoranda işləyən Ana Uayt 6 illik işində belə böyük bir hadisə ilə qarşılaşmadığını və həmin müştəriyə minnətdarlığını bildirib.

Hadisə bir neçə həftə əvvəl baş verib. Ancaq indi bildirilir ki, Lynsey Boyd bu günlərdə işdən qovulub. Araşdırılma zamanı məlum olub ki, o, aldığı məbləğə görə yox, işdəki məsuliyyətsizliyinə görə çıxarılıb.//Lent.az