Bakıda şadlıq sarayında ofisiant müştərini bıçaqladı
    • 18-01-2019, 12:08
    • 1 166

Bakıda şadlıq sarayında ofisiant müştərini bıçaqladı

Bakıda restoranda bıçaqlanma hadisəsi baş verib.

Hadisə paytaxtın Xətai rayonu, M.Hadi küçəsi 152 ünvanında yerləşən “Təbrik” şadlıq sarayında baş verib.

Şadlıq sarayında ofisiant işləyən 1996-cı il təvəllüdlü Seyidzadə Elşən Coşqun oğlu 1981-ci il təvəllüdlü Muradov Rəcəb Baba oğlu ilə mübahisə edib.

Mübahisə nəticəsində E.Seyidzadə R.Muradovu bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib.