Bakıda restoranda mahnı üstündə dava düşdü:  2 nəfər bıçaqlandı
    • 3-03-2023, 12:07
    • 539

Bakıda restoranda mahnı üstündə dava düşdü: 2 nəfər bıçaqlandı

Bakı şəhər Sabunçu rayonu, Zabrat-Məhəmmədi yolunun kənarında yerləşən restoranda mahnı üstündə dava düşüb.

News24.az xəbər verir ki, hadisə 20 may 2022-ci il tarixdə, saat 01:00 radələrində baş verib və bir neçə gün əvvəl bu hadisə ilə bağlı məhkəmə prosesi başa çatıb.

Məhkəmədə restoranda 2 nəfəri bıçaqlamış İmişlinin Mərzəli kənd sakini, 2005-ci il təvəllüdlü Vəfadar Qədirov Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilib.

Məlum olub ki, hadisənin baş verdiyi vaxt Vəfadar bir neçə nəfərlə restoranda yeyib-içib və daha sonra mahnı sifariş edib. Məclisdə iştirak edən Nahid adlı şəxs sifariş verilmiş mahnıya irad bildirib və onlar arasında münaqişə baş verib. Vəfadar Nahidi bayıra çağıraraq ona bıçaqla iki zərbə vurub. Bu zaman Vəfadarı saxlamaq istəyən Elçin adlı şəxs də xəsarət alıb.

Məhkəmədə 17 yaşlı şəxs törətdiyi əməldən peşman olduğunu deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsi onun ilk dəfə cinayət törətməsini və digər halları nəzərə alaraq onu 2 il sınaq müddəti təyin edilməklə şərti cəzaya məhkum edib.

Taleh BAĞIROV