İmmuniteti gücləndirən 1 günlük qida menyusu
    • 24-02-2024, 23:54
    • 441

İmmuniteti gücləndirən 1 günlük qida menyusu


Son illər həyatımıza daha çox daxil olan viruslardan qorunmaq üçün immunitetimizi gücləndirməyimiz vacibdir.

Qidalanma və Pəhriz Mütəxəssisi Dr. Tuba Kayan Tapan immuniteti gücləndirmək üçün nümunəvi qidalanma siyahısı hazırlayıb.

Dr. Tuba Kayan Tapanın hazırladığı bir gündə necə yemək lazım olduğuna dair nümunə menyunu təqdim edirik:


Səhər:

1 ədəd yumurta

2 dilim pendir

Cəfəri, rukola, tərə, turp

8-10 ədəd zeytun

Təkdənli buğda unundan hazırlanmış 1 dilim çörək

Qara qəhvə/çay/yaşıl çay


Günorta: 12:30

1 kasa brokoli şorbası

8 xörək qaşığı zeytun yağlı ispanaq yeməyi

Qarabaşaq əlavə edilmiş doğramac (1 kasa)


15:30-da

1 ədəd nar

15 ədəd badam və ya fındıq


Axşam: 18:30

150 q. sobada bişirilmiş balıq

1 kasa ağ kələm salatı

6 xörək qaşığı sarımsaq və soğan ilə bişirilmiş göbələk yeməyi


20:30-21:00 arasında

1 stəkan kefir

1 ədəd alma

Dr. Tuba Kayan Tapan gündəlik qidalanma planında kifayət qədər su içməyi unutmamağı, güclü immunitetə sahib olmaq üçün gündə ən azı 2 litr su içməyi məsləhət görüb.//Medicina