Qəbələdə qəza: Küveyt vətəndaşı xəsarət aldı
    • 25-02-2024, 17:35
    • 207

Qəbələdə qəza: Küveyt vətəndaşı xəsarət aldı


Qəbələ rayonunda əcnəbi vətəndaşın xəsarət alması ilə nəticələnən yol qəzası olub.

News24.az xəbər verir ki, hadisə Qəbələ şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes Vito" markalı mikroavtobus digər bir avtobusla toqquşub. Nəticədə "Mercedes Vito" da olan Küveyt vətəndaşı, 1983-cü il təvəllüdlü Farah Alrefaei Hmsye müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, qəzaya səbəb yolun buzlu olmasıdır.

Faktla bağlı araşdırma aparılır.