İtkin düşən 3 yaşlı uşaqdan üzücü xəbər...
    • 26-02-2024, 10:45
    • 4 063

İtkin düşən 3 yaşlı uşaqdan üzücü xəbər...

Türkiyənin Şanlıurfa şəhərində itkin düşən 3 yaşlı uşaq fosseptikdə ölü tapılıb.

News24.az xəbər  verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Məlumata görə, axşam saatlarında Harran rayonunun Duran kənd məhəlləsində oynayan 3 yaşlı Taha Çiftçioğlu qəfildən yoxa çıxıb. Yaxınları uşağı tapa bilməyəndə jandarma qruplarına xəbər verib. Hadisə yerinə gedən qruplar kiçik uşağı fosseptikdə ölü tapıblar. Edilən müayinələrin ardından cəsəd ekspertiza edilmək üzrə  Şanlıurfa  Ədli Tibb Təşkilatı meyitxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Mehriban Mirzəzadə