-
- 26-02-2024, 11:45
- 189
Dünya əriyir...
Antarktidada dəniz buzları ardıcıl üçüncü ildir ki, ən aşağı səviyyəyə enib.
News24.az xəbər verir ki, qitə ətrafında üzən buzların sahəsinin 2 milyon kvadrat kilometrdən aşağı düşdüyü müəyyən edilib.
Cənub yarımkürəsinin ən cənub hissəsində yerləşən və Cənub Qütbünü ehtiva edən Antarktika qitəsi qlobal istiləşmədən ən çox təsirlənən ərazidir. Qlobal istiləşmə nəticəsində Antarktidanın buzlaqları əriyir və dəniz səviyyəsini yüksəldir. Yeni araşdırma Antarktidada dəniz buzunun ardıcıl üçüncü il ən aşağı səviyyəsinə düşdüyünü göstərib. Qitə ətrafında üzən buzun ölçüsü ardıcıl üç il ərzində 2 milyon kvadrat kilometrdən aşağı düşüb.
Antarktidada dəniz buzunun peyklə ölçülməsinə 1979-cu ildə başlanılıb. Ərimə həddi 2022-ci ilə qədər pozulmayıb. Lakin 2022, 2023 və 2024-cü illərdə bu həddi keçib və buz kütləsi ən aşağı səviyyəyə düşüb. ABŞ Milli Qar və Buz Məlumat Mərkəzinin yeni məlumatları təsdiqləyir ki, son üç il qitə ətrafında üzən dəniz buzunun miqdarına görə rekord həddə ən aşağı göstəricidir. Antarktidanın dəniz buzları hər il fevral ayında qitənin yayı səbəbindən əriyir, lakin bu qədər deyil. Üstəlik, buzun böyüməsi artıq əvvəlki kimi deyil.
Mehriban Mirzəzadə