Ümumdünya Meteorologiya Təşkilatı: Dünya tarixinin ən isti üç ayını yaşadı
    • 6-09-2023, 14:21
    • 200

Ümumdünya Meteorologiya Təşkilatı: Dünya tarixinin ən isti üç ayını yaşadı

Birləşmiş Millətlər Təşkilatına bağlı Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) qeydlərin tutulmasından bəri dünyanın ən isti üç ayını yaşadığını açıqlayıb.

News24.az xəbər verir ki, ÜMT həmçinin vurğulaYIB ki, dəniz səthinin temperaturu ardıcıl üçüncü aydır ki, görünməmiş yüksək temperatura çatıb, Antarktida dəniz buzları isə rekord həddə qalır.

“Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Kopernik İqlim Dəyişikliyi Xidmətinə (C3S) görə, Yer kürəsi tarixinin ən isti üç ayını yaşadı. Qlobal dəniz səthinin temperaturu ardıcıl üçüncü aydır ki, görünməmiş yüksək həddə çatıb və Antarktida dəniz buzları ilin bu vaxtında rekord aşağı səviyyədə qalır"- bəyanatda deyilib.

Aydan