Putin bu tarixə qədər Türkiyəyə səfər etməyəcək
    • 26-02-2024, 14:30
    • 191

Putin bu tarixə qədər Türkiyəyə səfər etməyəcək

Rusiya prezidenti Vladimir Putin prezident seçkilərindən əvvəl Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşməyi planlaşdırmır.

News24.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib .

“Seçkiöncəsi qrafik sıx və kifayət qədər gərgindir. Cənab Ərdoğanın da həmçinin. Amma ən yüksək səviyyədə təmaslara hazırlıq gedir, biz bunu dəfələrlə bəyan etmişik”, - deyə o, bildirib.

Peskov əlavə edib ki, siyasətçilərin görüşü onların cədvəlinə uyğun gələn vaxt baş tutacaq.

Mehriban Mirzəzadə