Bazarın lideri olmağa gəlir
    • 26-02-2024, 18:38
    • 230

Bazarın lideri olmağa gəlir

Ötən il Türkiyədə çox məşhurlaşan "MG" şirkəti "MG3" modeli ilə Avropanın elektrikli avtomobil bazarına daha bir iddialı giriş edir. O, Hybrid+ texnologiyası, geniş avadanlıq səviyyələri və əyləncəli sürmə variantları ilə B seqmentində yeni favorit olmağı hədəfləyir.

News24.az xəbər verir ki, yeni "MG3" 143 kVt ümumi gücü, 4,4 l/100 km yanacaq sərfiyyatı və 100 q/km CO2 emissiya dəyəri ilə diqqət çəkir. 1.83kWh-350V tutumlu akkumulyatoru ilə uzun elektrik sürmə məsafəsi təklif edir və bu xüsusiyyəti ilə səmərəliliyi əhəmiyyətli dərəcədə artırır.

7 düymlük rəqəmsal cihazlar paneli və 10,25 düymlük mərkəzi məlumat emal sistemi ilə müasir interyerə sahibdir. O, "Apple CarPlay/ Android Auto" inteqrasiyası, "MG iSMART və MG Pilot" kimi qabaqcıl sürücüyə yardım sistemləri ilə gəlir.

Bundan əlavə, rahatlıq və təhlükəsizlik avadanlığına kondisioner, Bluetooth-a qoşulmuş audio sistemi, dörd USB portu, arxa görüntü kamerası və parkinq sensorları daxildir. Üst trim səviyyələri dəri oturacaq örtükləri, açarsız giriş, qızdırılan ön oturacaqlar və sükan, 360 dərəcə kamera kimi funksiyaları əlavə edir.

"MG3" yığcam ölçüləri və çevik konfiqurasiyası ilə şəhərdə və şəhərdən kənarda xoş sürücülük təcrübəsi təqdim edir. Bildirilir ki, Avropa və Çindəki mühəndislərin birgə işi ilə şassi, asma müxtəlif bazarların ehtiyaclarına uyğun olaraq incə tənzimlənib. Rahatlıq və dinamizm arasında ideal tarazlığa nail olunub.

Hybrid+ güc ötürücü sistemi elektrik və benzin mühərrikinin harmoniyası ilə həm şəhərdə, həm də uzun səfərlərdə yüksək səmərəlilik təklif edir. Müxtəlif sürmə rejimləri ilə hər cür sürücülük şəraitinə uyğunlaşa bilən bu sistem istifadəçilərə rahatlıq və qənaətcillik təqdim etməyi hədəfləyir. MG-nin yeddi il/150.000 km zəmanəti ilə təklif olunan bu model həm performans, həm də səmərəlilik axtaran sürücülər üçün ideal seçimdir.

Günel Məlikzadə