Kiyev öz ehtiyaclarını bu yolla ödəyə biləcək
    • 26-02-2024, 19:00
    • 160

Kiyev öz ehtiyaclarını bu yolla ödəyə biləcək

Ukrayna Bolqarıstanla birgə müdafiə istehsalına başlamaqda maraqlıdır.

News24.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.

Onun sözlərinə görə, bu yolla Kiyev öz ehtiyaclarını ödəyə biləcək.

Zelenski bildirib ki, Denkovla danışıqlar zamanı ona cəbhədəki vəziyyət, Ukraynanın əsas ehtiyacları və ölkənin növbəti addımları barədə məlumat verib. 

Ukrayna prezidenti Bolqarıstana Kiyevin Qara dənizdə ticarət kanallarını genişləndirmək və gəmiçiliyi bərpa etmək səylərini dəstəklədiyinə görə təşəkkür edib.

O qeyd edib ki, Kiyev Ukraynanın logistikasını və infrastrukturunu yaxşılaşdırmaq üçün Sofiya ilə razılaşıb.

Zelenski qeyd edib ki, onlar Bolqarıstanla təkcə müharibə dövründə deyil, həm də onun bitməsindən sonra əməkdaşlıq etmək istəyirlər.

Mehriban Mirzəzadə