Təhsil naziri orta məktəbdəki intihardan danışdı
    • 19-04-2019, 20:28
    • 1 319

Təhsil naziri orta məktəbdəki intihardan danışdı "Bizim üçün sarsıdıcı oldu"

Təhsil naziri Ceyhun Bayramov 162 saylı orta məktəbdə baş verən şagird ölümü ilə bağlı danışıb. 

News24.az xəbər verir ki, "ASAN" radio-da qonaq olan nazir şagird ölümünün olar üçün sarsıdıcı olduğunu açıqlayıb:

“Şagirdin ölümü bizim üçün sarsıdıcı oldu. Hesab edirəm ki, məktəb psixoloqu, sinif rəhbərləri fənn müəllimləri fənləri tədris etməklə yanaşı, şagirdlərin psixoloji durumundan da xəbərdar olmalıdır. Bütün bu işlər isə valideynlərlə əlaqəli həyata keçirilməlidir. Valideyn hər zaman sinif rəhbərləri ilə, müəllimləri ilə əlaqədə olmalıdır. Müəllim də valideyni tanımalıdır. Bütün bunların edilməsi üçün məktəb kollektivi hər bir şagirdi tanımalıdır. Düzdür, bu, çətin prosesdir. Ancaq hesab edirik ki, valideynlərlə sıx əlaqədə olmaqla bunları etmək mümkündür. Yaxın vaxtlarda yeni normativlər də qüvvəyə minəcək. "Qaynar Xətt" yaradılır, "Məktəblinin dostu" layihəsinin genişləndirilməsi aparılacaq”.

Nazir "Facebook"da şəxsi hesabının olmamasını da açıqlayıb: “Mən “facebook”da olan müzakirələri oxuyuram. Müzakirələrlə bağlı çıxarışlar edilir və mən də tanış oluram".

Ceyhun Bayramov dünyanın hər bir ölkəsində təhsillə baölı tənqidlərin olduğunu deyib: "Təndiqlər müxtəlifdir. Hətta onların faydalı olanları da var. Yaxşı olardı ki, tənqidlər konstruktiv olsun və statistikaya söykənsin. Belə olan halda biz hər hansı məsələni daha tez həll edə bilərik. Biz bunu təbii qəbul etməliyik. Çünki elə bir ailə yoxdur ki, onun təhsillə əlaqəsi olmasın. Biz bunu normal qarşılamalıyıq”.

Təhsil naziri son günlər rus bölməsinin müzakirələrə səbəb olmasına da aydınlıq gətirib: "Harda keyfiyyət göstəricisi yüksəkdir? Rus yoxsa, Azərbaycan bölməsində? Rus dilində tədris aparılan məktəblər Bakı və yaxın yerlərdə yerləşir. Son illər rus bölməsində təhsil alan şagirdlərin xüsusi çəkisi 8%-dən çoxdur. Bu rəqəm son illərdə dəyişməz qalıb. Rusdilli məktəblərdə rus dili xarici dil hesab olunmur"