“Məktəblinin dostu” layihəsi 162 saylı məktəbdə fəaliyyətə başlayıb
    • 17-04-2019, 11:15
    • 2 084

“Məktəblinin dostu” layihəsi 162 saylı məktəbdə fəaliyyətə başlayıb

“Məktəblinin dostu” layihəsi 15.04.2019-cu il tarixindən etibarən Səbail rayonu 162 nömrəli tam orta məktəbdə fəaliyyətə başlayıb.

Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, “Məktəblinin dostu” layihəsinin əhatə etdiyi məktəblərin sayı 35-ə çatıb. “Məktəblinin dostu” layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakı şəhərindəki ümumi təhsil müəssisələrində həyata keçirilir. Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır.