-
- 27-02-2024, 11:00
- 254
32 milyon dollarlıq yardım GÖNDƏRİLDİ
Yaponiya hökuməti Qəzza zolağının sakinlərinə 32 milyon dollar məbləğində daha bir təcili yardım paketi təqdim edəcək.
News24.az xəbər verir ki, bunu Yaponiyanın xarici işlər naziri Yoko Kamikava deyib.
“Yardım beynəlxalq təşkilatlar vasitəsilə həyata keçiriləcək”, - deyə o bildirib.
Qeyd edək ki, Yaponiya artıq Qəzza zolağına bir neçə yüz milyon dollar dəyərində humanitar yardım paketi göndərib.
Mehriban Mirzəzadə