-
- 27-02-2024, 13:21
- 208
“Volqa manyağı”: 31 qadının qatili
Rusiyada azı 31 qadını qətlə yetirməkdə təqsirləndirilən “Volqa manyağı” ləqəbli qatil Radik Tağırova ömürlük həbs cəzası istənilib.
News24.az xəbər verir ki, Rusiyanın cənub-qərbində Kazanda “Volqa manyağı” kimi tanınan qatil Radik Tağırovun məhkəməsi keçirilib.
Prokuror Tagirova ömürlük həbs cəzası istəyib.
Qeyd edək ki, 42 yaşlı Tagirov 2011-2012-ci illər arasında Tatarıstanın 15 şəhərində və ətraf rayonlarda törədilmiş qətllərdə şübhəli bilinərək 2020-ci ildə həbs edilib.
Qətllərdən 25-ni etiraf edən T.Tağırovun özünü sosial işçi, elektrik və ya santexnik kimi təqdim edərək qadınların evlərinə girərək, onları boğaraq öldürdükdən sonra onların qiymətli əşyalarını oğurladığı qeydə alınıb.
Bildirilir ki, çilingər işləyən Tağırov əvvəllər də xırda oğurluğa görə həbsdə olub.
Günel Məlikzadə