-
- 27-02-2024, 15:15
- 285
Sabiq deputat həbs edildi - FOTO
Rusiya məhkəməsi Dövlət Dumasının keçmiş deputatı Dmitri Qudkovu (Rusiyada xarici agent kimi tanınır) Rusiya ordusu haqqında yalan xəbərlər yaydığına görə həbs etmək qərarına gəlib.
News24.az xəbər verir ki, bu bardə “Vesti.ru” məlumat yayıb.
Hazırda eks-deputat Rusiyadan kənarda olduğu üçün qiyabi həbs edilib.
"Müddət Rusiyanın ərazisində ekstradisiya və ya həbs edildiyi andan hesablanır", - məlumatda qeyd olunub.
Qeyd edilir ki, Rusiya Cinayət Məcəlləsinin 207.3-cü maddəsinin 2-ci hissəsini pozduğuna görə siyasətçini 10 ilədək həbs cəzası gözləyir.
Qudkov Rusiya Silahlı Qüvvələri haqqında yalan məlumat yaymaqla yanaşı, Kiyev rejimini silahlandırmaq və Rusiyaya qarşı sanksiyaları gücləndirməyə çağırıb.
Mehriban Mirzəzadə