-
- 27-02-2024, 15:33
- 485
Aktrisadan ŞOK ETİRAF: Serialda mənə...
Türkiyəli aktrisa Selen Görgüzel təcavüz açıqlaması ilə diqqət çəkib.
News24.az bildirir ki, o, 2009-cu ildə "TRT 1"də yayımlanan "Zoraki başkan" serialının rejissoru Nihat Özcan və aktyor Ferdi Akarnur tərəfində təzyiqlərə, təcavüzə məruz qaldığını iddia edib.
Selen məsələ ilə bağlı başlatdığı məhkəmə prosesinin yekunlaşdığını açıqlayıb:
"Bu gün yayımlanan təcavüz xəbərləri ilə bağlı açıqlamamdır. Bu, 2009-cu ildə çəkildiyim serialda həm rejissor, həm də aktyor tərəfindən baş vermişdi. Fiziki zorakılığa məruz qaldım. Məhkəmə prosesi bitdi, qalib gəldim”.
Qeyd edək ki, Selen daha öncə spirtli içki içməyə məcbur edildiyini və F.Akarnur tərəfindən təcavüzə uğradığını açıqlamışdı.
Könül