“Mənə hoteldə təcavüz etdi” - Bakıda 15 yaşlı qızdan şok müraciət
    • 3-10-2022, 14:19
    • 326

“Mənə hoteldə təcavüz etdi” - Bakıda 15 yaşlı qızdan şok müraciət

Bakıda cinsi təcavüzə məruz qaldığını bildirən 16 yaşlı qız polisə müraciət edib.

News24.az əldə etdiyi məlumata görə, İsmayıllı rayon sakini olan 2006-cı il təvəllüdlü Mələk Məmmədova (ad və soyad şərtidir- red.) müraciətində qeyd edib ki, 2021-ci ilin dekabrında Nərimanov rayonundakı hoteldə cinsi təcavüzə məruz qalıb.

O, həmin vaxt 15 yaşı olduğunu, Elcan adlı tanışının onu Nərimanovdakı hotelə apardığını və orada təcavüz etdiyini bildirib. 

Müraciətlə bağlı Nərimanov rayon polis idarəsində araşdırmalar başlayıb.