Zelenski Səudiyyə Ərəbistanına gəldi
    • 27-02-2024, 18:20
    • 183

Zelenski Səudiyyə Ərəbistanına gəldi

Prezident Vladimir Zelenski sülh formulunu və əsir götürülmüş və deportasiya edilmiş ukraynalıların geri qaytarılmasını müzakirə etmək üçün Səudiyyə Ərəbistanına gəlib.

News24.az xəbər verir ki, bu barədə Zelenski öz Telegram kanalında məlumat yayıb.

“Əlahəzrət vəliəhd şahzadə Məhəmməd bin Salman əl Səud ilə müntəzəm dialoqumuzu davam etdirmək üçün Səudiyyə Ərəbistanına gəldik”,- deyə o qeyd edib.

Prezidentin sözlərinə görə, səfər zamanı əsas mövzu sülh formulu olacaq.

"Keçən il Ciddədə onun həyata keçirilməsi üzrə məsləhətçilər səviyyəsində məhsuldar görüş keçirdik. İndi biz ilk Sülh Sammitini keçirməyə yaxınıq və Səudiyyə Ərəbistanının davamlı fəal dəstəyinə ümid edirik", - prezident vurğulayıb.

Mehriban Mirzəzadə