Kino ulduzunun evindən 72 silah ələ keçirilib
    • 28-02-2024, 12:25
    • 290

Kino ulduzunun evindən 72 silah ələ keçirilib

Fransa polisi kino əfsanəsi Alen Delonun evindən 72 silah və 3 mindən çox güllə ələ keçirib.

News24.az xəbər verir ki, Parisdən təqribən 135 kilometr cənubda yerləşən Duşi-Monkorbonda aktyorun evində həm də atış poliqonu tapılıb.

Prokurorlar Delonun silahdan istifadəyə icazəsi olmadığını bildiriblər.

Axtarış məhkəmə rəsmisinin Delonun evində silah görüb hakimə xəbər verdikdən sonra aparılıb.

Qeyd edək ki, 88 yaşlı aktyor "Samuray" (1967) və Borsalino (1970) kimi hit filmlərdə sərt görünüşlü obrazları canlandıraraq, fransız kinosunun qızıl dövrünün ulduzu olub.

Günel Məlikzadə