Ölüm qərarını verən Alen Delon pərəstişkarları ilə vidalaşdı
    • 21-04-2022, 21:24
    • 308

Ölüm qərarını verən Alen Delon pərəstişkarları ilə vidalaşdı

Məlum olduğu kimi, fransız aktyoru Alen Delon evtanaziya (inyeksiya ilə özünü öldürmə) proseduruna hazırlaşır. İspan nəşri “Marca” Delonun bununla bağlı öz pərəstişkarlarına müraciət mətnini dərc edib.

“Bu illər ərzində məni müşayiət edən və məni dəstəkləyən hər kəsə təşəkkür etmək istəyirəm. Ümid edirəm ki, gələcək aktyorlar üçün nəinki karyera ilə bağlı, həmçinin gündəlik həyatda da uğurlar və çətinliklər zamanı sərgilədiyim davranışımla nümunə ola bilərəm. Çox sağolun. Hörmətlə Alen Delon” – deyə müraciətdə bildirilir.

Hələ keçən il Delon verdiyi müxtəlif müsahibələri zamanı evtanaziya barədə düşündüyünü qeyd etmişdi. Aktyor bunu müəyyən yaşa gəlmiş insanın artıq hansısa mərhələdə həyatdan hüzurla getməsi üçün ən təbii üsul hesab etdiyini vurğulamışdı.