Fabrikdə yanğın
    • 28-02-2024, 12:37
    • 206

Fabrikdə yanğın

İordan çayının qərb sahili bölgəsinin ən böyük şəhəri Hebronda plastik fabrikdə yanğın baş verib. 

News24.az xəbər verir ki, plastik fabrikdə baş verən yanğın qısa müddətdə bütün binanı bürüyüb.

Yanan kimyəvi maddələrin qara tüstüsü səmaya yüzlərlə metr hündürlüyə çatıb.

İsrail mediası Fələstin yanğınsöndürmə briqadasının məhdud imkanlarla yanğını söndürmək üçün kifayət etmədiyini bildirib.

Yerli hakimiyyət orqanlarının İsraildən kömək istəməyi düşündüyü iddia edilib.

Qeyd edək ki, yanğının səbəbi hələlik məlum deyil.

Günel Məlikzadə