-
- 24-02-2024, 15:38
- 292
İsrail qüvvələri daha 20 fələstinlini saxlayıb
Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Əsir və Azad Heyətinin birgə bəyanatında İsrail qüvvələrinin İordan çayının qərb sahili və Qüds şəhərində basqınlarını davam etdirdiyi bildirilib.
News24.az xəbər verir ki, İsrail qüvvələri dünəndən bəri işğal altındakı Şərqi Qüdslə yanaşı, İordan çayının qərb sahilindəki Hebron, Beytləhm, Ramallah, Nablus və digər şəhərlərdə də həyata keçirdiyi basqınlarda Sami əl-Sai adlı jurnalist, iki uşaq və keçmiş məhbusların da olduğu 20 fələstinlini nəzarətə götürüb.
Qeyd edək ki, 7 oktyabr 2023-cü il tarixindən bu yana İsrail tərəfindən İordan çayının qərb sahilində nəzarətə alınan fələstinlilərin sayı 7210-a yüksəlib.
Açıqlamada İsrail qüvvələrinin İordan çayının qərb sahili və Qüdsdə təşkil etdiyi basqınlarda fələstinliləri döydüyü, nəzarətə alınanların ailələrini təhdid etdiyi, İsrail qüvvələrinin də fələstinlilərin evlərinə və maşınlarına zərər verdiyi bildirilib.
Günel Məlikzadə